Azərbaycanda tədris belə olacaq – Detallar

17:40 - 27.08.2020


27 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi məktəblərdə tədrisin başlayacağı vaxt açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bununla bağlı bəzi məsələlərə aydınlıq gətirib.

O qeyd edib ki, sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur: "Əgər virusun yayılması stabil olarsa, həftədə 3 dəfə, çoxalarsa, həftədə 2 dəfə şagirdlərin dərsə gəlməsi planlaşdırılır. Məktəbəhazırlıq qruplarındakıların isə oktyabrın 1-dən həftədə 2 dəfə dərsə gəlməsi planlaşdırılır. Bu proses noyabrın 2-dək davam edəcək".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər