Azərbaycanın sığorta bazarı 11% böyüyüb

12:11 - 28.08.2020


28 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 467,483 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

ABC.AZ renkinq-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 223,196 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,3% çoxdur.

2020-ci ilin yanvar-iyul aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 47,7 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-iyul aylarında bu göstərici 36,6 manat olub.

 

Bütün xəbərlər