Son yeddi ayda həyat sığortası 19%, qeyri-həyat sığortası isə 5% artıb

14:19 - 28.08.2020


28 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 192,179 milyon manat sığorta haqqı toplanılıb.

ABC.AZ renkinq-ə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 18,9% çoxdur.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 275,304 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5,4% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,1 dəfə artaraq 138,393 milyon manata çatıb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 5,4% azalaraq 84,803 milyon manata düşüb.

Beləliklə, 2020-ci ilin yanvar-iyul aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 72 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 30,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-iyul aylarında müvafiq olaraq 40,2 manat və 34,3 manat olub.

 

Bütün xəbərlər