Fond avtomobil alır - tender

10:12 - 31.08.2020


31 avqust, Fineko/abc.az. Dövlət Sosial Müdafiə Fondu  aparatın və struktur bölmələrin istifadəsi üçün avtomobillərin satın alınması üçün tender keçirir.

Tenderdə iştirak haqqı 250 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 21.09.2020 14:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29.09.2020 14:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 30.09.2020 14:00 tarixində aparılacaq.

Telefon: (994 12) 530-29-03

Əlaqələndirici şəxs: Cavid Şeydayev

 

Bütün xəbərlər