Yeni yaşayış kompleksinin tikintisi üçün tender keçirilir

11:17 - 31.08.2020


31 avqust, Fineko/abc.az.  “MİDA” MMC  Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksinin tikintisi  məqsədilə tender keçirir. Tender 4 Lotdan ibarətdir.

•      Lot 1: 24, 25, 27 və 28 nömrəli 9 mərtəbəli 2 bloklu, 23 və 26 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi, tenderdə iştirak haqqı 1200 AZN

•      Lot 2: 47, 48, 50 və 51 nömrəli 9 mərtəbəli 2 bloklu, 49 və 52 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi, tenderdə iştirak haqqı 1200 AZN

•      Lot 3: 56 və 57 nömrəli 9 mərtəbəli 2 bloklu, 55 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi, tenderdə iştirak haqqı 600 AZN

•      Lot 4: 59 və 60 nömrəli 9 mərtəbəli 2 bloklu, 58 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi, tenderdə iştirak haqqı 600 AZN

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 02.10.2020 17:00  tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 12.10.2020 15:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 13.10.2020 15:00  tarixində aparılacaq.

Telefon: (994 12) 5945401

Əlaqələndirici şəxs: Fariz Abdullayev telefon

 

Bütün xəbərlər