330x110
 

Ölkədə daha 126 nəfər koronavirus infeksiyasına yoluxub – Günün Statistikası

31.08.2020,16:50


31 avqust, Fineko/abc.az. Azərbaycanda koronavirus infeksiyasına daha 126 yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırda ölkədə 36 min 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib. Aktiv xəstə sayı 2054 nəfərdir.

Ötən müddət ərzində 922 min 69 test aparılıb. Bugünkü test sayı isə 5042-dir.