Bu holdinqin nizamnamə kapitalı azaldıldı – 8 dəfədən çox

10:53 - 1.09.2020


1 sentyabr, Fineko/abc.az. “Silk Vey Holdinq” MMC-nin nizamnamə kapitalı 40 milyon 550 min 290 manat və yaxud 8,3 dəfə azaldılıb.

ABC.AZ report-a istinadən bildirir ki, qurumun kapitalı 46 milyon 101 min 490 manatdan 5 milyon 551 min 200 manata endirilib.

Bundan başqa, “Silk Vey Holdinq”ə daxil olan “Silk Way Aviaşirkəti” MMC-nin də nizamnamə kapitalı 64 milyon 999 min 781 manat və yaxud təxminən 3 dəfə azaldılıb.

Aviaşirkətin kapitalı 97 milyon 27 min 781 manatdan 32 milyon 28 min 000 manata endirilib.

 

Bütün xəbərlər