Gürcüstanda COVİD-19-a yoluxanlar artır

11:13 - 1.09.2020


1 sentyabr, Fineko/abc.az. Bu gün ölkə ərazisində virusa yoluxanların sayında yenidən artım müşahidə olunub.

ABC.AZ xəbər verir ki, bunu Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi rəhbəri Marina Ezuqbaia deyib.

O qeyd edib ki, son 24 saat ərzində ölkə üzrə 23 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 3 nəfər sağalıb: "Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 1,510 nəfərə çatıb. Onlardan 1,243 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 19 nəfər sözügedən virusdan həyatını itirib. Hazırda ölkə üzrə karantində, 5,828 stasionar nəzarətdə isə 232 nəfər saxlanılır".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər