Qonşu ölkə əhali üçün peyvənd sifariş verdi

14:07 - 2.09.2020


2 sentyabr, Fineko/abc.az. Gürcüstan əhalisinin 20%-i və ya 700 min nəfər üçün koronavirus əleyhinə peyvənd sifariş olunub.

ABC.AZ-ın məlumatına görə, bunu Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

O bildirib ki, Gürcüstan Qlobal Peyvənd Alyansına artıq bununla bağlı rəsmi müraciət təqdim edib.

“Peyvəndi tənzimləyici qurumlar və Ümümdünya Səhiyyə Təşkilatı təsdiq edəndən sonra əldə edəcəyik. Preparat ilk növədə risk qrupunda olan insanlar üçün əlçatan olacaq” deyə Qamkrelidze bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər