Bu şirkətin nizamnamə kapitalı azaldıldı – 6 dəfə

17:15 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. “Silk Vey Holdinq” MMC-yə daxil olan daha bir şirkətin – “Silk Vey Development” MMC-nin nizamnamə kapitalı 65 000 109 manat və yaxud 6,3 dəfə azaldılıb.

ABC.AZ report-a istinadən xəbər verir ki, şirkətin kapitalı 77 329 109 manatdan 12 329 000 manata endirilib.

Qeyd edək ki, “Silk Vey Development” 2011-ci ildə yaradılıb. Şirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.

 

Bütün xəbərlər