330x110
 

Həkimlər 1 milyon manatdan artıq əlavə maaş alıb - Bir ayda

07.09.2020,11:35


7 sentyabr, Fineko/abc.az. Hazırda iyul ayı üzrə tibb və qeyri-tibb işçilərinə koronavirusla əlaqəli müddətli əlavələrin ödənilməsi prosesi davam edir.

ABC.AZ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən qurum iyul ayı üzrə 1 080 nəfər tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq ümumilikdə 1.4 milyon manat məbləğində müddətli əlavə ödənilib.

Qeyd edək ki, Agentlik dövlət tibb müəssisələrinin göndərdiyi siyahılara uyğun olaraq 3 iş günü ərzində müddətli əlavələrin ödənilməsini təmin edir.