Agentliyin çağrı mərkəzi işləməyəcək – Səbəb

15:37 - 7.09.2020


7 sentyabr, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinin sistemində təkmilləşdirmə işlərinin aparılması ilə əlaqədar xidmətin fəaliyyəti bu gün saat 22:00-dan sonra 3 saatlıq dayandırılacaq.

ABC.AZ xəbər verir ki, bu səbəbdən Çağrı mərkəzinin koronavirusla bağlı 7 gün 24 saat fəaliyyət göstərən 1542-0 xətti müvəqqəti olaraq işləməyəcək.

Qısa zamanda sistemdə yenilənmə işlərinin başa çatdırılması və “1542” Çağrı mərkəzinin fəaliyyətinin bərpa olunması nəzərdə tutulur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər