İki şirkət birləşdi - "Binə Aqro" yenidən təşkil olunur

10:36 - 8.09.2020


8 sentyabr, Fineko/abc.az. Azərbaycanda daha 2 şirkət birləşdiyini elan edib.

ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, “Alfa Aqro” QSC və “Habako Konstrakşn” QSC “Binə Aqro” QSC-ə birləşiblər. Belə ki, "Alfa Aqro" QSC-nin və "Habako Konstrakşn" QSC-nin  bütün hüquq və vəzifələri "Binə Aqro" QSC-yə keçir. "Binə Aqro" qoşulma ilə əlaqədar olaraq yenidən təşkil olunub.

Qeyd edək ki, "Alfa Aqro" QSC-nin 2 min manat, "Habako Konstrakşn" QSC-nin isə 160 min manat nizamanmə kapitalı var. "Binə Aqro" QSC isə 2 min manat nizamnamə kapitalına sahibdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər