Gürcüstanda karantin sərtləşdirilir - Qaydalara riayət etməyənlər cəzalanacaq

17:12 - 8.09.2020


 8 sentyabr, Fineko/abc.az. Gürcüstanda virusun artması səbəbi ilə  toy və yas mərasimlərinə nəzarət daha da gücləndiriləcək.

 ABC.AZ xəbər verir ki, bunu Əmək Müfəttişliyi Xidmətinin Təftiş Şöbəsinin Müfəttişlik müdiri Maia Mikaia deyib.

O bildirib ki, tövsiyyə olunan qaydalara riayət etməyən vətəndaşlara qarşı ağır cəzalar tətbiq olunacaq: “Bu gündən etibarən Əmək Müfəttişliyi Xidməti və Daxili İşlər Nazirliyi birlikdə daha ciddi araşdırma aparacaq və cəzalar daha sərt olacaq. Qapalı məkanlarda tədbirlərin keçirilməsinə nəzarət gücləndirilir. Bilirsiniz ki, hal hazırda qapalı məkanlarda tədbir və mərasimlərin keçirilməsi müəyyən şərtlərlə icazəlidir, lakin məsləhətli deyil. Son günlərdə yolxma hallarının bu cür tədbirlərlə əlaqəli olduğuna görə, qapalı məkanlarda keçirilən tədbirləri bizimlə birlikdə Daxili İşlər Nazirliyinin əməkdaşları da nəzarət edəcək. Qaydanı pozanlara ilk öncə xəbərdarlıq ediləcək, tədbir davam etdiyi halda isə fiziki şəxslərə 2 min, hüquqi şəxslərə isə 10 min lari cərimə tətbiq olunacaq".

Müəllif: Elmir Murad

Bütün xəbərlər