İcbari tibbi sığorta haqlarını ödəməyənlər cərimələnəcək – Detallar

16:22 - 9.09.2020


9 sentyabr, Fineko/abc.az. İnzibati Xətalar Məcəlləsinin (IXM) 460-cı maddəsinə (Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) dəyişiklik edilməsi təklif olunur.

ABC.AZ report-a istinadən xəbər verir ki, belə ki, Məcəlləyə təklif edilən dəyişikliklə icbari tibbi sığorta haqlarını ödəməkdən yayınmağa görə inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə ediləcək.

Bundan əlavə, Məcəllənin adına da dəyişiklik edilir. 460-cı maddənin adı dəyişdirlərək “Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma” olacaq.

 

Bütün xəbərlər