Tədris ilində bu qədər müəssisə fəaliyyət göstərəcək – Siyahı

17:01 - 9.09.2020


9 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2020-2021-ci tədris ili ilə bağlı bir sıra proqnozlar verilib.

ABC.AZ-ın məlumatına görə, proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60 məktəb-lisey, 50 lisey, 15  gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 440 məktəbin  fəaliyyət göstərəcəyi gözlənilir.

Yeni tədris ilində 121696 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır.

 

Bütün xəbərlər