Bu məktəblərdə maska taxmaq könüllü olacaq – Siyahı

10:32 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilalanların maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir.

ABC.AZ xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə Qərarında öz əksini tapıb.

Qərara əsasən peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburidir.

 

Bütün xəbərlər