lham Əliyev “Şahdağ” turizm kompleksinin inkişaf planı ilə tanış oldu

15:13 - 30.01.2018


30 yanvar, Fineko/abc.az. Yaz aylarında Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin  tikintisinin ikinci mərhələsi çərçivəsində işlər başlanır.

Azərbaycan prezidenti İlham Əliyev bu gün  “Şahdağ” kompleksinin növbəti inkişaf planı ilə tanış olub. Baş nazirin birinci müavini Yaqub Eyyubov dövlət başçısına kompleksin hazırkı vəziyyəti və burada bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verib. Həmçinin qeyd edildi ki, burada dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək və 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək. Bu, ən uzun zolaq olmaqla yanaşı, mürəkkəbliyinə görə də qırmızı dərəcəli zolaq olacaq.

Həmçinin bu il kompleksin əsas meydanında əyləncə infrastrukturunun qurulması da planlaşdırılır.

Yaz mövsümünə qədər, işlərin ikinci mərhələsi çərçivəsində, turistlərin üzgüçülük və qayıqlarda gəzinti edə biləcəyi  göl yaradılacaq, qışda isə həmin göldən qaryaratma üçün ehtiyat mənbəyi kimi istifadə olunacaq.

Tikintinin ikinci mərhələsi çərçivəsində keçiriləcək işlər yaz aylarında başlanacaq. Dövlət başçısına,

kompleksin üçüncü mərhələsi ilə bağlı layihələndirmə işlərinin aparılması barədə məlumat verildi.