Azəriqaz İB-də bəzi idarələrin rəislərinin yeri dəyişdirilib – Kadr islahatı

12:07 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. “Azəriqaz” İstehsalat Birliyindəki bəzi idarələrin rəhbərlərinin yeri dəyişdirilib.

ABC.AZ xəbər verir ki, Fariz Məmmədov Gəncə Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi, Xaliq Namazov Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Gəncə Regional qaz istismarı İdarəsinin rəisi, Hüseyn Şirinov Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi, Namiq Məmmədov Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Salyan Regional qaz istismarı İdarəsinin rəisi, Osman Behbudov isə Salyan Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, artıq bu barədə müvafiq əmrlər imzalanıb. Müəllif: Elmir Murad

 

Bütün xəbərlər