Gömrük Komitəsinə 1 milyon 331 min manata bina tikilir – Qalib şirkət açıqlandı

14:36 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi yeni inzibati binasının tikintisi üçün elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, qalib “Progress” Sənaye İstehsalat Şirkətidir.

Belə ki, Gömrük Komitəsinin yeni binasının bünövrə işlərini adıçəkilən şirkət həyata keçirəcək. Komitə işlərin yerinə yetirilməsi üçün şirkətə 1 milyon 331 min 833 manat ödəyəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər