Daha bir ucqar kənddə yeni məktəb istifadəyə verilib – Bina 2 mərtəbədir

16:04 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. İmişlinin ucqar kəndində məktəb binası istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, rayonun Muradxanlı kəndində tikilən təhsil ocağı 264 şagird yerlikdir.

Məktəbin həyətyanı sahəsi 2,5 hektardan ibarətdir. 2 mərtəbə və 4 korpusdan ibarət olan binanın sahəsi isə 2400 kvadratmetrdir.

Binada 11 sinif otağı mövcuddur. Bundan başqa, fənn kabinələri, idman və akt zalları, yeməkxana da var. Bina istilik sistemi və yanğından mühafizə sistemi ilə təmin edilib, təhlükəsizlik kameraları quraşdırılıb.

Məktəb lazımi inventarlarla təmin edilib.

 

Bütün xəbərlər