Müəllimlər COVİD 19 testindən keçəcək – Detallar

16:38 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Məktəblər həm temperatur ölçmə cihazları, həm də dezinfektantlarla təmin olunacaq.

ABC.AZ xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər onlayn mətbuat konfransında bildirib.

Nazir müşaviri qeyd edib ki, məktəblərdə müəllimlərin COVİD-19 testindən keçirilməsi onlarda hansısa simptom aşkar olunduğu halda ediləcək.

"Bura hərarət, iybilmənin itməsi, öskürək və sair əlamətlər daxildir" deyə R.Ağayev bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər