Caspian Energy Club Rəşad Mafusovun iştıraki ilə ONLAYN B2G FORUM təşkil edib

11:05 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az. Caspian Energy Club-un Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusov ilə birgə təşkil etdiyi ənənəvi Online B2G Forum çərçivəsində COVİD-19 koronavirus pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.

Bu barədə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illərdə aparılan geniş sosial-iqtisadi islahatlar çərçivəsində digər sahələrdə olduğu kimi qida təhlükəsizliyi sahəsində də çox ciddi institusional və sistemliislahatlar həyata keçirilmişdir”- deyə Rəşad Mafusov 2018-2020 ci illərdə görülən işlər və həyata keçirilən layihələr haqqında forum iştirakçılarına ətraflı məlumat verib.

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr muavini Rəşad Mafusov cıxışında bildirib ki “Agentlik fəaliyyətə başladığı ilk gündən sahibkarlarla, o cümlədən müvafiq sahə üzrə assosiasiyalar, ictimai birliklər və vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurmuş, qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi işində ictimai iştirakçılığı təmin etmişdir.

2020-ci ilin ilk 6 ayı ərzində sahibkarların yeni qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılması, sahibkarlarla tərəfdaşlıq prinsipi əsasında əməkdaşlığın qurulması, o cümlədən pandemiya ilə əlaqədar Operativ Qərargahın və Agentliyin tətbiq etdiyi yeni qyadalarla bağlı maarifləndirilməsi məqsədilə onları təmsil edən bir sıra biznes assosiasiyalarla, ticarət palataları ilə birlikdə 26 tədbir təşkil edilmiş, 3000-dən çox sahibkarla görüşlər keçirilmişdir. 

COVİD-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində 2020-ci ilin 1-ci yarimilliyi ərzində qida təhlükəsizliyi qeydiyyatında olan topdan və pərakəndə satış obyektlərində, ictimai iaşə obyektlərində, eləcə də digər qida zənciri mərhələlərini təmsil edən obyektlərdə maarifləndirici görüşlər keçirilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın müəyyən etdiyi tövsiyələr, eləcə də Agentliyin hazırladığı metodiki göstərişlərlə bağlı posterlər, buklet və broşürlər paylanılmışdır. Görüşlərdə sahibkarların maarifləndirilməsi, karantin dövrü çərçivəsində tətbiq edilən iş rejimləri və məhdudiyətlərlə bağlı fəaliyyətin təşkili ilə bağlı tövsiyələr verilmişdir.Keçirilən görüşlər sahibkarlara göstərilən xidmətlərin daha effektiv təşkil olunmasına və onların qaldırdıqları məsələlərin Agentliyin fəaliyyətində nəzərə alınmasına imkan vermişdir. Yerli sahibkarlarla yanaşı, xarici sahibkarlarla da Agentlik arasında əməkdaşlıq əlaqələri qurulmuşdur. Belə ki, 2019-2020 ci illər ərzində ölkəmizə heyvan mənşəli məhsul ixrac etmək istəyən 50 dən artıq xarici müəssisə Agentlik tərəfindən qiymətləndirilmiş, sözügedən müəssisələrin ölkəmizə məhsul ixracı üçün lazımı tədbirlər görülmüşdür.

Bununla yanaşı, AQTİ tərəfindən təlim, tədris, dəyirmi masalar, elmi konfranslar, “Codex alimentarius” komissiyası üzrə işçi qruplar və s. birliklər sahibkarların iştirakı ilə tətbiq edilmiş və uğurlu nəticə əldə edilmişdir. Hazırda AQTİ-də sahibkarların iştirakı ilə müxtəlif sahələr üzrə “Qida biznes klubu”nun təsis edilməsi nəzərdə tutulmuşdur. Fürsətdən istifadə edib bu forumdan da sahibkarlarımızı çağırış etmək istəyirəm ki, təsis etdiyimiz biznes kluba üzv olsunlar və Agentliyin təqdim etdiyi xidmətlərdən faydalansınlar, Agentliyin fəaliyyətinin təkmilləşdirilməsində aktiv iştirak etsinlər.”

 

 

Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusova minnətdarlığını bildirib.

 

Telman Əliyev təşəbbüsü dəstəkləməyi, Caspian Energy Club ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında daimi işçi qrupunun fəaliyyətini daha da gücləndirməyi xahiş edib.

İkitərəfli işçi qrupu biznes nümayəndələri ilə dövlət qurumları arasında dialoqu lazımi səviyyədə saxlamağa, eləcə də Caspian Energy Club-un üzvü olan şirkətlərin top - menecerlərindən daxil olan sual və təkliflərə operativ cavab verməyə imkan verir.

 

Təxminən 2 saat davam edən Online B2G Forum şirkətlərin rəhbərlərinə onları narahat edən sualların əksəriyyətinə  cavab almaqlarına imkan yaradıb.

 

 

Telman Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 000  artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialqoların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

 

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

 

Bütün xəbərlər