Qonşu ölkədə yoluxma yenidən rekord həddə çatıb

11:13 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az. Gürcüstanda COVİD 19-a yoluxma halı yenidən rekord həddə artıb.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 165 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə bu gün sağalan olmayıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 2,392 nəfərə çatıb. Onlardan 1,369 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 19 nəfər sözügedən virusdan həyatını itirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər