Bu qəsəbənin bələdiyyəsi cərimələnə bilər - 8000 manatadək

15:46 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az. Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki gölün ətrafına tullantıların atılması və yandırılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

ABC.AZ-ın məlumatına görə, faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Saray bələdiyyəsi barəsində protokol tərtib olunub və onun hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Abşeron rayon Məhkəməsinə göndərilib.

 

Bütün xəbərlər