İşəgötürənlər bəzi cərimələri ödəməkdən azad olunacaqlar – Detallar

16:01 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az. Azərbaycan hökuməti bəzi pozuntulara görə sahibkarlara tətbiq edilən cərimə sahəsində güzəştlərə hazırlaşır.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən ABC.AZ- bildirilib ki, əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiq edilməsi nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi üçün Nazirlik tərəfindən hazırlanan layihədə bununla bağlı təklif yer alıb. Təklif qəbul edildiyi halda, işəgötürən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqəli yol verdiyi nöqsanları müəyyən edilmiş müddətdə aradan qaldırmaqla, bəzi cərimələri ödəməkdən azad olacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər