Bakının COVİD-19-a ən çox yoluxan rayonları – Siyahı

10:26 - 16.09.2020


16 sentyabr, Fineko/abc.az. Bakı şəhəri üzrə yeni növ koronavirus infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, hazırda paytaxtda ən yüksək yoluxma göstəricisi Binəqədi rayonundadır. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,3 faizi sözügedən rayonun payına düşür.

Yoluxmanın çoxluğuna görə, növbəti sıralarda 12,2 faizlə Xətai, 11,8 faizlə Yasamal, 11,6 faizlə Sabunçu, 8,9 faizlə Nəsimi, 8,4 faizlə Nərimanov, 8 faizlə Suraxanı, 7,6 faizlə Qaradağ, 7,1 faizlə Nizami, 5 faizlə Xəzər, 4,7 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda  koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 56,1 faizi paytaxtda qeydə alınıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər