Gürcüstanda COVİD 19-a yoluxma dayanmadan artır – Bu dəfə 196 nəfər xəstələndi

12:15 - 16.09.2020


16 sentyabr, Fineko/abc.az. Gürcüstanda yoluxma sayı yenidən kəskin artıb.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 196 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 43 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 2,758 nəfərə çatıb.

Onlardan 1,412 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 19 nəfər sözügedən virusdan həyatını itirib. Hazırda ölkə üzrə karantində, 6,633 stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər