Pirallahıda yol təmirinə pul ayrıldı – Sərəncam

15:22 - 16.09.2020


16 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev “Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Sərəncama əsasən, Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2020-ci il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,4 milyon manat ayrılıb.

 

Bütün xəbərlər