İpoteka və Kredit Zamanət Fondu hərrac keçirib – 25 milyon manatlıq

16:18 - 17.09.2020


17 sentyabr, Fineko/abc.az. Bu gün Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC-nin AZ2048008687 ISIN-li, 25 milyon manat həcmində, 7200 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

ABC.AZ-a Birjaya istinadən xəbər verir ki, sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 milyon manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 milyon manat təşkil edib. İstiqrazların ödəmə tarixi 6 aprel 2040-cı ildir.