Daha bir restoran cərimələndi – Karantin qaydalarını pozublar

12:04 - 18.09.2020


18 sentyabr, Fineko/abc.az. Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.

DİN-dən ABC.AZ-a verilən məlumata görə, müvafiq tədbirlərlə sanitar-epidemioloji normaları pozan 6 nəfər müəyyən olunaraq, müvafiq polis bölməsinə dəvət olunublar.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə onların hər biri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

 

Bütün xəbərlər