COVİD 19-la bağlı mühüm proqnoz – Milyarder xəstəliyin bitəcəyi tarixi açıqladı

10:10 - 21.09.2020


21 sentyabr, Fineko/abc.az. "COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq".

ABC.AZ-ın məlumatına görə, bu fikirləri "Microsoft" korporasiyasının banisi Bill Qeyts "Fox News" telekanalına müsahibəsində səsləndirib.

"Bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə əgər başqa ölkələrə kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək. Epidemiya ən yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bizə yayılmanı  aşağı salmaq lazımdır" deyə milyarder bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər