Bu ünvanlarda "kupça" veriləcək – Siyahı

11:22 - 21.09.2020


21 sentyabr, Fineko/abc.az. Sentyabrın 21-də Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Ə.Əliyev küçəsi, 8 ünvanında istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, ondan iki gün sonra sentyabrın 23-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 4001-4010-cu məhəllə ünvanında, sentyabrın 25-də isə Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 16, 933-cü məhəllə ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 19 ünvanda səyyar qəbul aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər