15 min ailə üçün kiçik müəssisələr yaradılacaq - Gələn il

15:16 - 21.09.2020


21 sentyabr, Fineko/abc.az. 2018-ci ildə 7300-ə yaxın, 2019-cu ildə 10 mindən çox ailənin cəlb edildiyi özünüməşğulluq proqramı əsasında bu il 12 min ailənin kiçik müəssisələrinin yaradılması işləri aparılır.

ABC.AZ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki,  gələn il isə proqram 15 min ailəni əhatə edəcək.

Bu da o deməkdir ki, ailə üzvlərinin sayı ilə hesabladıqda proqram  illik orta hesabla 60 min nəfərin rifahına dəstək verəcək. Proqrama cəlb edilənlərin böyük hissəsi əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, məcburi köçkünlər, müharibə veteranları, aztəminatlı, habelə əsasən çoxuşaqlı ailələrin  üzvləri və başqalarıdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər