Milli parkda qanunsuz balıq ovlayan şəxs saxlanılıb - Təbiətə 2376 manat ziyan vurub

10:57 - 22.09.2020


22 sentyabr, Fineko/abc.az. Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdikləri birgə nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

ABC.AZ report-a istinadən xəbər verir ki, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

“Araşdırma zamanı brakonyerin Beyləqan rayonu Eyvazalılar kənd sakini Afət Sarıyev olduğu və təbiətə 2376 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ondan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib", - rəis müavini qeyd edib.

 

Bütün xəbərlər