Nəhəng hava yolu şirkəti sürətlə müflisləşir – Hər ay 500 milyon avro zərər edir

10:58 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. Ən böyük hava yolu şirkətlərindən olan Lufthansa sürətlə müflisləşir.

ABC.AZ-ın məlumatına görə, şirkət Almaniya hökumətindən aldığı 9 milyard avroluq dəstəyə baxmayaraq hələ də tənəzzülünü dayandıra bilir.

Bununla yanaşı adıçəkilən şirkət 28 min çalışanı işdən çıxarmağı planlaşdırır.

O cümlədən şirkət uçmaq istəyənlərin sayının gözləniləndən daha aşağı olacağından 150-i təyyarəni angara çəkərək 610 təyyarə ilə xidmət göstərəcəyini açıqlayıb.

Qeyd edək ki, şirkət hər ay təxminən 500 milyon avro zərər edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər