Bakıdan Türkiyənin bu şəhərlərinə də aviauçuşlar başlayır – Gələn həftədən

15:31 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. AZAL Bakıdan Türkiyənin daha iki şəhərinə - Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır.

Bu barədə ABC.AZ-a AZAL-dan bildirilib. Qeyd olunub ki, Türkiyənin paytaxtı - Ankara şəhərinə AZAL-ın reyslərinin həyata keçirilməsi həftədə iki dəfə - bazar ertəsi və şənbə günləri olmaqla sentyabrın 28-dən etibarən nəzərdə tutulub.

Antalyaya xüsusi reyslər 30 sentyabr tarixindən etibarən hər həftənin çərşənbə günləri həyata keçiriləcək.

 

Bütün xəbərlər