Əhalinin 20 faizinə peyvənd vurulsa kifayət edər – Ramin Bayramlı

16:47 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20%-nə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər.

ABC.AZ xəbər verir ki, bunu bu gün iclasda TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, istifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri vaksinin effektiv və təhlükəsiz olmasıdır:

"Hazırda seroloji testlər aparılır. ÜST-ün də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır”.

 

Bütün xəbərlər