Aylar sonra Rusiya aviaşirkəti Bakıya uçuşlara başladı – Həftədə 2 dəfə olacaq

12:31 - 24.09.2020


24 sentyabr, Fineko/abc.az. Xəbər vediyimiz kimi bu həftənin əvvəli Rusiyanın aviaşirkəti Bakıya uçuşlara başlayacağını açıqlamışdı.

ABC.AZ xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Məlumatda qeyd olunub ki, "Aeroflot" Hava Yollarına məxsus hava gəmisi aylar sonra yenidən Bakıya uçuş həyata keçirib.

Qeyd edək ki, uçuşlar həftədə 2 dəfə Moskva-Bakı-Moskva istiqamətində aparılacaq.

 

Bütün xəbərlər