Bakı Limanından bu qədər yükaşırma həyata keçirilib – 8 ayın nəticəsi

16:12 - 24.09.2020


24 sentyabr, Fineko/abc.az. Bu ilin ilk 8 ayında Bakı Limanından ümumi yükaşırmanın həcmi 3,2 milyon tondan çox olub.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Limanından bildirilib.

Qeyd olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,5 faiz çoxdur.

Cari il martın 18-dən etibarən 7 ay ərzində liman ərazisində xarici TIR sürücüləri, əməkdaşlar və digər liman istifadəçilər də daxil olmaqla ümumilikdə təxminən 16 min 200 şəxs COVİD 19 testi olunub.

Eyni zamanda, mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə mindikdən sonra Kurık limanı Qazaxıstan vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib.

Son 5 ay ərzində isə ümumilikdə 446 vətəndaş, onlardan 253 Qazaxıstan vətəndaşı və 193 xarici ölkə vətəndaşı olmaqla Bakı Limanından yola salınıb.

 

Bütün xəbərlər