Bakının bu küçələri yenidən qurulur – Siyahı

16:23 - 24.09.2020


24 sentyabr, Fineko/abc.az. Xətai rayon üzrə ümumi uzunluğu 7,9 kilometr olan İnqilab İsmayılov, Qaçaq Nəbi, Məzahir Rüstəmov, Seyid Əzim Şirvani və Yavər Əliyev küçələri yenidən qurulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ABC.AZ-a daxil olan məlumata görə, hazırda rayonun yol infrastrukturu baxımından ən işlək küçələrdən hesab olunan Admiral Naximov və Nəsrəddin Tusi küçələrində yenidənqurma işlər davam etdirilir.

İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Qeyd edək ki, artıq qeyd edilən bir-neçə küçədə yenidənqurma işləri yekunlaşdırılıb.

Müəllif: Elmir Murad

 


Bütün xəbərlər