Rusiya şirkəti Azərbaycana uçuşlardan imtina etdi – İcazə geri çağrılıb

16:45 - 24.09.2020


24 sentyabr, Fineko/abc.az. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") Yekaterinburqdan Azərbaycana uçuşların həyata keçirilməsi üçün verilən icazəni geri çağırıb.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, qurumun 23 sentyabr tarixli iclasının yekunları üzrə “Rosaviasiya” "İrAero" aviaşirkətinə Azərbaycana uçuşların həyata keçirilməsi üçün verilmiş icazənin geri çağırılması barədə qərar qəbul edib.

O cümlədən, daşıyıcının imtina etməsi səbəbindən “İrAero” aviaşirkətinin Yekaterinburq-Bakı (həftənin bütün günləri) və Yekaterinburq-Lənkəran reyslərinə (həftədə iki dəfə) icazəsi də geri çağırılıb.

Bundan başqa, “Rosaviasiya” "Red Wings" və "AZİMUT" aviaşirkətlərinin Azərbaycana uçuşlar həyata keçirməsinə icazə verməyib. "Red Wings” aviaşirkətinin Yekaterinburq-Bakı (həftədə 4 dəfə), “AZİMUT” aviaşirkətinin isə Krasnodar-Bakı reyslərini yerinə yetirməsinə icazə verilməyib.

 

Bütün xəbərlər