Bu istirahət mərkəzinin rəhbərliyinə cinayət işi açıldı - Təbiətə ziyan vurublar

15:10 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. “Cənnət bağı”nda ağaclara zərər verilməsi ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluqdan ABC.AZ-a verilən məlumata görə, Altıağac Milli Parkında yerləşən “Cənnət bağı” istirahət mərkəzinin ərazisində ağac və kolların məhv edilməsi barədə araşdırma aparılıb.

Araşdırmalarla “Cənnət bağı” istirahət mərkəzinin ərazisində müxtəlif cinsli 2036 ədəd ağacın və 103 ədəd kolun qanunsuz kəsilərək məhv edilməsi, eləcə də həmin istirahət mərkəzində saxlanılan marallar tərəfindən müxtəlif cinsli 3589 ədəd ağacın gövdəsi və qabığının yeyilərək məhv olması nəticəsində təbiətə ümumilikdə 30 min 240 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə tapşırılıb.

 

Bütün xəbərlər