Azərbaycanda daha bir zavod tikiləcək – Alüminium müəssisəsi olacaq

15:26 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. “Azərbaycan Sənaye Korporasiyası” ASC yeni alüminium zavodu tikməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, Korporasiya “Yeni alüminium zavodu üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması” xidmətinin təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Təkliflər üçün sənədləri 02 Oktyabr 2020-ci il, saat 14:00 tarixinədək göndərmək lazımdır.

 

Bütün xəbərlər