Səkkiz ayda dəniz nəqliyyatı ilə ixrac və idxal olunan yüklərin həcmi – Siyahı

16:18 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-avqust aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 591,4 min ton yük daşınıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu yüklərin dəyəri 340,3 milyon ABŞ dolları olub.

8 ayda dəniz nəqliyyatı ilə ixrac olunan 201,6 min ton yükün dəyəri 63,8 milyon dollar təşkil edib.

Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 389,8 min tondan çox, dəyəri isə 276,4 milyon dollar olub.

 

Bütün xəbərlər