Azərbaycana 58 milyon 530 min dollarlıq avtomobil gətirilib - Bir ayda

16:54 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. Avqustda Azərbaycana idxal olunan avtomobillərin sayı 5386 ədəd, dəyəri isə 58 milyon 530 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 7-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 5027-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 345-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 7-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

 

Bütün xəbərlər