Komendant saatı necə həyata keçiriləcək? – Bu gün detallar açıqlanacaq

15:23 - 28.09.2020


28 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gündən etibarən Azərbaycanda saat 21:00-dan komendant vaxtı tətbiq olunacaq.

Məsələnin detallarını öyrənmək üçün ASAN xidmət-lə əlaqə saxladıq.

Qurumdan ABC.AZ-a bildirdilər ki, sözügedən məsələ Daxili İşlər Nazirliyinə həvalə olunub. Bu səbəbdən prosedurla bağlı yaxın saatlarda məlumat veriləcək: "Bildiyiniz kimi komendant vaxtı məsələsi Daxili İşlər Nazirliyinə tapşırılıb. Ona görə də bütün prosedurları onlar həyata keçirəcək. Bizsə sadəcə məsələnin innovativ tərəflərini həll edəcəyik. Ondan sonra isə detalları açıqlayacağıq".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər