Ermənistanın daha bir yalanı ifşa olundu

10:20 - 29.09.2020


29 Sentyabr, Fineko/abc.az. Müdafiə Nazirliyi Azərbaycan ordusunda F-16 qırıcılarının olması barədə iddialara cavab verib.

Bu barədə ABC.AZ-a MN-nin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil: "Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır. Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil".

 

Bütün xəbərlər