Avtomobillərin qiymətlərini artıran səbəblər – Ekspert açıqladı

14:01 - 29.09.2020


29 sentyabr, Fineko/abc.az. Zaman-zaman dillerlər kampaniya çərçivəsində avtomobillərin qiymətində endirim edir. Amma konkret olaraq dillerlər birdən-birə avtomobillərin qiymətində endirim etmək gücündə deyillər.

Bunu ABC.AZ-a ekspert Eldəniz Cəfərli yaxın zamanlarda hibrid avtomobillərinin qiymətinin aşağı salına bilərmi sualına cavab verərkən bildirib.

O qeyd edib ki, avtomobil dillerlərinin hazırda xərcləri o qədər çoxdur ki, qiymətləri indi aşağı salmaq iqtidarında deyillər:"Pandemiya dövründə Azərbaycanda avtomobil bazarı demək olar ki, çökdü. İndi onıar yavaş-yavaş, güclə dirçəlirlər. Bununla yanaşı onu da qeyd edim ki, Azərbaycan avtomobil bazarında qiymətlər elə də çox deyil. Azərbayfanda avtomobillərin rüsumu yüksəkdir. Problem avtomobil dillerlərində deyil, narahatlıq bizim idxalımızdadır. Azərbaycana gətirilən avtomobillə, Gürcüstana idxal olunan maşının qiyməti eynidir. Qiymət sadəcə Azərbaycanda artır. Qiyməti dillerlər artırmır, hər bir distrubutor maraqlıdır ki, avtomobili tez satsın, rəqabətlilik olsun. Amma gömrük rüsumu və aksiz markası yüksəkdir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər