Balı 10-dan az olmayan abituriyentlər imtahan verəcək – Bu təhsil müəssislərinə qəbul üçün

16:22 - 29.09.2020


29 sentyabr, Fineko/abc.az. Bu gündən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.

Dövlət İmtahan Mərkəzindən ABC.AZ-a daxil olan məlumata görə, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər